İmmiqrasiya və sığınacaq qaydaları qəbul olundubackend

Avropa İttifaqı (Aİ) üzv dövlətlər arasında mübahisəli məsələlər olan ümumi immiqrasiya və sığınacaq qaydaları haqqında razılığa gəlib. Onlar bunu uzun illərdən sonra ilk sıçrayış adlandırıblar.

“Yeni Gundem” xəbər verir ki, məlumata görə, paytaxtları bir-birinə qarşı qoyan illərlə davam edən bölücü və kəskin mübahisələrdən sonra imzalanan bu müqavil sığınacaq axtaranların qəbulu və köçürülməsini kollektiv şəkildə idarə etmək üçün yeni qaydaların tətbiqinə yol açıb.

Ötən il Aİ-yə 962 mindən çox sığınacaq müraciəti daxil olub ki, bu da 2016-cı ildən bəri ən yüksək göstəricidir.

Aİ-yə sədrlik edən İsveçin miqrasiya naziri Maria Malmer Stenergard və Aİ Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Yohansson Aİ daxili işlər nazirlərinin görüşündən sonra açıqlamalar veriblər.

“Bu gün uzun illər davam edən danışıqlardan sonra biz tarixi addım atdıq”, – Stenerqard bildirib. Nazirlərin AB-nin sığınacaq sistemi islahatının iki əsas sütunu üzərində razılaşdıqlarını ifadə edən Stenergard, sığınacaq axtaranların üzv dövlətlər arasında bölüşdürülməsi üçün “məsuliyyət” və “həmrəylik” arasında yaxşı bir tarazlığın qurulduğunu bildirib. Aİ Şurasına dönəmli sədrlik edən ölkə İsveç öz üzv dövlətlərini geniş konsensus əldə olunana qədər danışıqları davam etdirməyə nail ola bilib.

Qeyd olunub ki, ölkələrdən yalnız Macarıstan və Polşa yekun layihəyə qarşı çıxıb.

Stenergard həmçinin, “Qurduğumuz məcburi həmrəylik mexanizmi miqrasiya təzyiqinə ən çox məruz qalan üzv dövlətlərə dəstək verəcək. Üzv dövlətlər müxtəlif həmrəylik töhfələri arasında seçim etmək imkanı əldə edəcəklər” deyib.

Bu töhfələri izah edən İsveçli nazir, sığınacaq axtaranları qəbul etməyən üzv ölkələrin ev sahibi ölkələrə adambaşına 20 min avro ödəyəcəklərini, ilk növbədə maksimum 30 min sığınacaq axtaran şəxsin qəbul ediləcəyini və yuxarı sığınacaq axtaran şəxsin müraciətinin qiymətləndirilməsi üçün limit 6 ay olacaq.

Stenergard, 20.000 töhfənin ortaq mexanizm vasitəsilə Aİ səviyyəsində toplanacağını və ev sahibi üzv dövlətə köçürüləcəyini bildirdi.

Xatırladaq ki, islahatın əsas məqsədi miqrasiyanın idarə edilməsi üçün 2015-ci il miqrasiya böhranından bəri mövcud olan böhran rejimini mütləq əvəz edə biləcək daimi və proqnozlaşdırıla bilən sistem qurmaqdır və bu, milli miqrasiya böhranının öhdəsindən gəlmək üçün olduqca qeyri-adekvatdır.

Mənbə: EuroNews

Aynur Camal