İnam Kərimov Vəkillər Kollegiyasının üzvləri görüşdü – Ali Məhkəmənin sədri yeni layihə ortaya qoydubackend

Bu gün Ali Məhkəmənin sədri İnam Kərimov Vəkillər Kollegiyasının üzvləri ilə görüşüb.

“Yeni Gundem” xəbər verir ki, görüşdə hakim İnam Kərimov deyib:

“Məhkəmələrin müasir tələblərlə uyğun qurulması, idarəetmədə innovativ texnologiyaların tətbiqi günün tələblərindəndir. Bu tələbləri qarşılamaq üçün məhkəmə-hüquq sisteminin bütün iştirakçıları ilə dialoq qurmağa xidmət edən yeni bir layihəyə – “Femida Dialoq Platforması” layihəsinə start vermişik. Platformanın məqsədi hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, vətəndaşların hüquqi maariflənməsinin artırılması, məhkəmə-hüquq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, problemlərin həlli və ölkəmizdə bu sahədə aparılan islahatlara dəstək verməkdir: “Femida Dialoq Platforması çərçivəsində ilk görüş Azərbaycan Vəkillər Kollegiyası ilə keçirilir. Bu gün biz vəkillərin üzləşdiyi problemlər və məhkəmə-hüquq sisteminin inkişafı istiqamətində təklifləri dinləyəcəyik. Düşünürəm ki, bu gün birgə uğurlu əməkdaşlığın əsasını qoyacağıq”.