İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bu yana baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididirbackend

Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, bu qarşıdurmanın fəsadları dünyanın qalan hissəsində də hiss olunur.