İnsan qarşısında “insan” – Elşən Gəncəvibackend

Cəmiyyətdə insanlar bir-birlərini anlamaqda belə çətinlik çəkir.

İnsanlar arasında ziddiyyət var. Ziddiyyət isə paxıllıqdan yaranır. Paxıllıq bir xəstəlikdir. Xəstəlik fərdə təsir edərək cəmiyyəti inkişafdan saxlayır. Paxıllıq uğurlu insanla cəmiyyət arasında arakəsmə yaradır. Paxıl gənc yaşlı nəslin nümayəndəsinə bənzəyir.

Mənfi impuls

İnsan həyatı yaşamaqdan ibarətdir. Yaşamaq isə nəfəsdir. Nəfəs isə həyatda insanların yaşamağının əsas hissəsidir. İnsanlar arasında ünsiyyətin rolu da nəfəsdir. Razı qalmamaq, etiraz, sevinc, qorxu kimi hisslər insanların nəfəsi ilə ifadə olunur.

İnsanın nəfəsi paxıllıqla doludursa, gözlər özünü müsbət ifadə edə bilmir. Nəticədə mənfi impuls yaranır və gözlər vasitəsi ilə cəmiyyətə daxil olur. Cəmiyyət isə mənfi impulsa qarşı çıxmaqda acizdir.

Müxtəlif rəng(lər) …

Cəmiyyət hər bir insanı qəbul etmək məcburiyyətində olur. İnsanların yaşaması isə cəmiyyətin yaşadılmasıdır. Hər uğur üçün atılan addım insanın cəmiyyətə bəxş etdiyi yeni bir rəngdir. Cəmiyyət ağ və ya qaradan ibarət deyil, ağdan qaraya müxtəlif rənglər çalarlarında ibarət olmasıdır.

Qara isə cəmiyyətin sonuncu nəfəs rəngidir. Müxtəlif rəngləri yaşamaq cəmiyyətin insana verdiyi yeni bir uğurdu. Bəzi insanlarda isə uğur rəngi sadəcə ağ və qaradır. Bir insanın müxtəlif rənglərdən ibarət olan uğuru digərinə danışmaqda belə çətinlik çəkir.

“Səmimiyyətsiz”lik

Çünki danışdığın zaman insan ruhdan düşmək hissini yaşayır. Müxtəlif insanlarla qazandığın uğuru qarşındakı insana danışdıqda isə, həmin uğur “səmimiyyətsiz”lik kimi ifadələr işlədilərək qiymətləndirilib.

Cəmiyyətdə anlayan və uğurunu səninlə bölüşəcək insan tapdıqda isə “stimul” alırsan. Sən kiçik uğurunu daha da böyütmək üçün yaşayırsan. Uğuru kiminlə isə bölüşdükdə qarşındakının gözlərinin sadəcə işıldaması səni qiymətləndirir. Əlbəttə ki işıldayan gözləri sözlə yazmaq qeyri-mümkündür.

Qarşındakının qucaq açması kiçik uğura qiymət verilməsi kimi bir hissdir. İnsan sanki bərk qucaqlanması üçün daha da səmimi hissləri ilə uğurunu anlatmaq istəyir. Uğur anlatıldıqca isə insanlar arasında qucaq dolusu isti münasibət yaranır.

“Zakaz”ın uğuru…

Bəzən qucaq açan insana uğurdan danışdıqda, qarşındakı səndən istifadə edib qəlbini qırmaq üçün mənfi fikirlər səsləndirəcək. Guya “ağıl” xarakterli mənfi fikirlər səsləyərək sanki ağıl verdiyini düşünəcək. Uğur qazanmaq istəyən insan isə qarşındakını yaxın bilib uğur haqqında danışmaq niyyətində olur. Sadəcə uğurun qəbul edilməməsi paxıllıqdır!

Paxıl insan hər zaman ünsiyyətdə olduğun insanları səmimiyyətsiz insanlar adlandırmaqla sanki “ağıllı” olduğunu hiss elətdirib. Hətta sənin kimilər tərəfindən istifadə edildiyini və əlavə olaraq “zakaz”la işlədiyini də söyləyəcək. Guya sənə “ağıl” verməklə “pis” yoldan yayındırır. Çünki heç vaxt qazanmadığı uğuru qazandırtmaq istəyir.

“Paxıllıq” damarı

Hər bir uğura çatmaq üçün səmimi olmaq lazımdır. Kimlərsə sənin uğurunun qarşısını almaq istəyəcək. Bunun üçün sənə əks olan müxtəlif fikirlər səslənəcək. Amma sən heç vaxt getdiyin yoldan əl çəkməməlisən.

Kimlərsə mənfi fikirlər söyləyərək səni həmin uğur yolundan üz döndərmək istəyəcək. Çünki “paxıllıq” ilə dolu olan damar hər zaman öz fəaliyyətini davam etdirir.

Sonda:

Hər bir qazanacağınız uğur yolundan geri dönməyin. Qarşındakı insanın uğuruna qucaq dolusu səmimiyyət bəxş edin. Hər kəsi uğurunuzla stimullaşdırın. Stimulunuzu məhrum etməyin. Kimlərsə uğurunuza mənfi fikir söylədi, heç vaxt məyus olmayın. Yolunuza davam edin. Çünki yolunuz cəmiyyətin uğuru üçün gedən yoldur!

“Oxu-magiya” kitabı

Yenigundem.az