“İnvest” MMC-yə inzibati protokol yazılıb.
“Yeni Gundem”-in xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 262.2.2-ci (Su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir) tərtib olunub.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.