“İran istəyir ki, millətimizi milli köklərindən ayırıb məzhəbçilik üzərində qursun” – DEPUTATbackend

Azərbaycan xalqı özünün istəyinə və iradəsinə uyğun olaraq dünyəvi, layiq, demokratik dövlət quruculuğu xətti götürüb. Bu xətt bütün müsəlman dünyasında ilk olub. 1918-ci ildə müsəlman şərqində ilk dəfə demokratik cümhuriyyət yaradılıb. Çox təssüf ki, həmin vaxtda da İran Azərbaycanın dövlət müstəqilliyini tanımaq istəməyib. Sonda isə geri çəkilməyə məcbur olub. 1991-ci ildə Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa edərkən yenədə İran müstəqiliyimizi tanımaqda çətinlik çəkib. Məqsəd odur ki, İran Azərbaycanın güclü dövlət olmasını istəmir. Bu günə kimi bunu özünə təhdid və Cənubi Azərbaycana təsir vasitəsi görüb.

Bu sözləri “Yeni Gundem”– ə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib.

Millət vəkili açıqlayıb ki, Tehran daim çalışır ki, bir neçə vasitə ilə Azərbaycana təsir göstərsin.

“İndiki şəraitdə 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni İran məğlubiyyəti kimi qəbul edir. Ona görə də , Tehran daim çalışır ki, bir neçə vasitə ilə Azərbaycana təsir göstərsin. İran çalışır ki, Azərbaycanı gözdən düşürtsün. Cənubi Azərbaycanda yaşayanlara bildirsin ki, belə bir dövlətdən nümunə götürmək sizin faydanızadırmı?. Hər cür vasitələrlə Azərbaycanın gözdən düşürməsi bizə münasibətdə İran siyasətinin yoludur”,- o dedi.

Millət vəkili hesab edir, bir sıra gənclərin İrana aparılıb ,dini mərkəzlərdə təhsil almaları ,sonradan ölkəmizə qayıdıb məscidlərdə yerləşmələri İranın “Kərimə dövləti” qurmaq yolunda siyasətinin bir vasitəsidir.

“İran başa düşür ki, Azərbaycanda dövlət hakimiyyəti ilə millət bir yerdədir. Azərbaycan dövlətinə təzyiq etmək mümkün deyil. İkinci yola əl atmasının əsas səbəbi də elə budur. Bu yol Azərbaycanda müsəlmanların dini hisslərini istismar edərək, dünyəvi,layiq dövlətimizin quruluşunu dəyişib “Kərimə dövləti” yaratmağa çalışır. Bundan ötrü bütün vasitələrlə fəaliyyət göstərir. Geri qalan bəzi müsəlman azərbaycanlılarından öz maraqlı naminə istifadə etməyə çalışır. Bir sıra gənclərin İrana aparılıb ,dini mərkəzlərdə təhsil almaları ,sonradan ölkəmizə qayıdıb məscidlərdə yerləşmələri İranın “Kərimə dövləti” qurmaq yolunda siyasətinin bir vasitəsidir”,-o vurğulayıb.

Milli Məclisin deputatının fikrincə, İran istəyir ki, millətimizi milli köklərindən ayırıb məzhəbçilik üzərində qursun.

“Bundan başqa İran Azərbaycanda qurduğu şəbəkə vasitəsilə ikili kimlik formalaşdırmaq istəyir. İran istəyir ki, millətimizi milli köklərindən ayırıb məzhəbçilik üzərində qursun. Bu millətimiz üçün faciədir. Bu gün ölkəmizdə ən təhlükəli cəhalət, xurafat və radikalizimdir. Onun da kökünü kəsmək üçün xalq dövlətin yanında olmalıdır. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, və Baş Prokurorluğun bu istiqamətdə apardığı işlər çox doğru və yerindədir. Hesab edirəm ki, ölkəmizdə din dövlətdən ayrı olsa da müvafiq qurumlar məscidlərə xüsusi diqqət yetirməlidirlər. Məscidlər xarici ölkələrdə təhsil alıb ölkəyə qayıdan , millət və dövlətimizin əleyhinə çalışan , özlərini din adamları hesab edənlərdən təmizlənməlidir. Əgər bunun qarşısı zamanında alınmasa dövlətimizi böyük fəlakətlər gözləyir. Aidiyyəti qurumların İran xüsusi xidmət orqanlarına qarşı apardığı uğurlu əməliyyat cənub qonşumuzun planlarına çox böyük zərbədir və dövlət orqanlarımız öz fəaliyyətləri daha çevik davam etdirməlidirlər”,- deyə o qeyd edib.

Fərahim Rəhimov