İran prezidentinin həlak olduğu helikopterdə 9 nəfər olubbackend

İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

Bu barədə İran KİV-i məlumat yayıb.

Helikopterdə İran prezidenti ilə yanaşı, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi və Təbrizin cümə imamı Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti, İran Prezidentinin mühafizə xidmətinin əməkdaşı Mehdi Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Ənsar Əl-Mehdi batalyonunun əməkdaşı, iki pilot və Kruçev adlı naməlum bir şəxs olub.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib./Trend