“İran Qarabağı Azərbaycanın bir hissəsi hesab edirbackend

“İran İslam Respublikası Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”.

“Yeni Gundem” xəbər verir ki, bu fikirləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani teleqram kanalında bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü problemlərin danışıqlar yolu ilə həll edilməli olduğunu qeyd edib.

Kənani region ölkələrinin mübahisələrinin sülh yolu ilə həllinə yardımçı olmaq rolunu vurğulayıb və İran İslam Respublikasının bununla bağlı 3+3 iclasını keçirməyə hazır olduğunu xatırladıb.