İranda aksiyalar nə zaman sona çatacaq? – “Aksiyalar mövcud iqtidarı dəyişəcək”backend

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu İranda iqtisadi motivli tətillər və etirazların güclənəcəyi ilə bağlı məlumat yayıb.

“İranda ciddi iqtisadi islahatlara ehtiyac var. Son 1 ayda İran rialı, təxminən, 10 faiz ucuzlaşıb. İranda inflyasiya səviyyəsi son 2 ayda rekord həddə – 49 faizə çatıb. Mövcud İran rejimi işçilərin tələblərini yerinə yetirmir. İran rəsmiləri və işəgötürənlər işçilərin daha yaxşı həyat şəraiti tələblərinə hörmətlə yanaşmaq əvəzinə respressiyalara əl atırlar. Çox güman ki, bununla əlaqədər olaraq ölkədə iqtisadi vəziyyət daha da gərginləşəcək”-,deyə məlumatda qeyd olunur.

Mövzu ilə bağlı “Yeni Gundem”-ə danışan siyasi şərhçi Kənan Novruzov hesab edir ki, İranın daxilində etiraz aksiyaları yaxın vaxtlarda başa çatmayacaq:

“İranda etiraz aksiyaları xeyli müddətdir ki, davam edir. İrandakı aksiyalar ya birbaşa Qərb tərəfindən idarə olunur, ya da Qərb mövcud vəziyyətdən istifadə edir. İstənilən halda burda Qərbin əli var. Avropa Rusiyanı Ukraynada bataqlığa saldı. İranla da göz qabağındadır. Eyni siyasəti Çin üzərindən aparmaq istəyir. Sadəcə Pekin ağıllı siyasət yürütdüyünə görə buna getmir. İrandakı aksiyalar yaxın vaxtlarda başa çatmayacaq. İqtisadi motivli etirazlar olduğuna görə, davamlı xarakter daşıyacaq. Hesab edirəm ki, aksiyalar mövcud iqtidarı dəyişəcək”,-deyə o qeyd edib.

Fərahim Rəhimov