İyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçirilə bilər.
Bu barədə İslam Respublikasının Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami məlumat yayıb.
“İyunun 28-i İranda prezident seçkiləri günü hesab oluna bilər”, – Eslami vurğulayıb.
İranda İbrahim Rəisinin vəfatı ilə bağlı prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı mayın 28-də başlayacaq./APA