İranda növbədənkənar prezident seçkiləri bu tarixdə keçirilə bilərbackend

İyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçirilə bilər.

Bu barədə İslam Respublikasının Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami məlumat yayıb.

“İyunun 28-i İranda prezident seçkiləri günü hesab oluna bilər”, – Eslami vurğulayıb.

İranda İbrahim Rəisinin vəfatı ilə bağlı prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı mayın 28-də başlayacaq./APA