İranda yeni TREND – Təbrizli molla ölümcül döyüldübackend

Noyabrn 2-də Təbrizin Qüds şəhərciyinin Yağçiyan məscidinin imamı Höccətülislam Əmirxani məsciddən evinə qayıdarkən naməlum gənclər tərəfindən döyülüb.

“Yeni Gundem” “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, mediaya açıqlamasında Əmirxani gənclərin onu vurub yıxdıqdan sonra təpiklədiklərini, qol və ayaq sümüklərinin çatladığını və bir neçə dişinin sındırıldığını deyib.

O, hücum edənlərin iki minik avtomobili ilə onu izlədiklərini və saylarının 7-8 nəfər olduğunu bildirib.

Qeyd edək ki, son vaxtlar mollalara qarşı edilən hücumlar və onların əmmamələrinin başlarından vurub salınmasının gənclər arasında dəbə çevrilməsindən sonra ictimai yerlərdə görünən mollaların sayı kəskin azalıb.
Onların çoxunun artıq evdən çıxmağa məcbur olarkən molla libasında deyil, adi geyim geyindikləri bildirilir.