İrandan Xəzər dənizi vasitəsilə Azərbaycana narkotik daşımaq cəhdinin qarşısı alınıbbackend

İrandan Xəzər dənizi vasitəsilə Azərbaycana narkotik daşımaq cəhdinin qarşısı alınıb.

“Yeni Gundem” xəbər verir ki, mayın 3-də saat 12:50-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin müşahidə məntəqəsi Xəzər dənizində İrandan şimala doğru hərəkət edən naməlum obyekt aşkar edərək texniki nəzarətə götürüb. Sahil mühafizəsinin müşahidə məntəqəsi ilə sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Azərbaycanın Xəzər dənizindəki ərazi sularında Astara yolunda, sahildən 12 mil aralıda yerləşən Sahil Mühafizəsinin patrul gəmisi lövbərə bağlanmış bağlama aşkar edib. Bağçaya baxış zamanı ondan 6 kq 630 qram marixuana aşkar edilərək götürülüb. Faktiki olaraq əməliyyat-istintaq tədbirləri davam etdirilir.