Azərbaycan 90-cı ilin Azərbaycanı deyil. Bu gün Azərbaycan güclü dövlətdir, güclü rəhbəri və komandası var. İranın əlaltılarına da xəbərdarlıq edirəm ki, özlərini yığışdırsınlar. Bizim də kifayət qədər gücümüz və qüvvəmiz var.
“Yeni Gundem” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov Parlamentin iclasında deyib.
Millət vəkili sözlərinə belə davam edib:
“İranın nə əqidəsi, nə inancı, nə də inamı var. Burada oturanlar isə əqidəli, inanclı və inamlı insanlardır. İranla sərhəddə İrana qarşı da vuruşa bilərik.İran dövləti Naxçıvan ərazisinə yaxın yerlərə qoşun yığıb, orada döyüşməyə də hazırıq”,-deyə o qeyd edib.
Fərahim Rəhimov