İrandakı hazır ki, etirazlar əvvəlki etirazlarlardan fərqlidir. Bildiyimiz kimi aksiyalar bir gənc qadının əxlaq polisi tərəfindən öldürülməsi ilə başladı. Bu əslində xalq üçün bir fürsət oldu.Xalq bundan istifadə etdi.
Bu sözləri “Yeni Gundem”-ə özəl açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin beynəlxalq əlaqələr üzrə rəhbəri, Günaz Televiziyasının təsiçisi Əhməd Obalı deyib.
Əhməd Obalı İrandakı aksiyların əvvəlki aksiyalardan fərqini belə izah etdi:
“Etirazlar genişmiqyaslı və uzun olması ilə keçmiş etirazlardan fərqlənir. Məsələn keçmişdə yaşılçıların bir hərakatı oldu.O zamanda millət etiraza çıxdı.Ancaq o etirazlar məhdud məntəqələrdə oldu. Tehran və onun ətrafında. Burda isə millət bunu öz məsələsi bilərək etirazlara qoşulurlar. Xanımın öldürülməsi bəhanədir. Çünki şüarların heç biri onun haqqında deyil. Şüarlar rejimin əleyhinədir, rejimin getməsini istəyirlər. Xalq azadlıq istəyir, hər məntəqədə xalq öz hüququnu istəyir. Ərəblərdə, kürdlərdə bir sözlə bütün xalqlar öz hüquqlarını tələb edir. İkinci fərq ondan ibarətdir ki, dünən 82-87 şəhərdə aksiyalar olub. Fars məntəqələrindən tutmuş hər yana …Keçmiş aksiyalar 2 – gün bəzən bir gün belə olurdu yatırdı. Artıq biz beşinci günə qədər qoyuruq.Beş gündür ki, dünyanın gözü İrandadır.”
Siyasi mühacir etiraz aksiyalarının necə bitəcəyini də açıqladı:
“Gedişatın nə nəticə verməsi gələcək üç, dörd gündə bəlli olacaq. Rejim dağıla bilər, yaxud tamamilə məhv ola bilər, yaxudda var gücü ilə silaha dayanıb, milləti qırada bilər. Ancaq silahlı cavab rejimin sonunu daha tezləşdirəcək. İran ele bir zamana gəlib ki, dağılması gözləniləndir. Xomeyninin xəstəliyinin şiddətlənməsi, 82 yaşına çatması, həmçinin daxildəki çaxnaşma bunu deməyə şərait yaradır.”
Əhməd Obalı xalqın oyanışında hər hansı kənar qüvvələrin rolunun olmadığını vurğulayaraq Cənubi Azərbaycanın rolundanda danışdı.
“İran rejimi hər şeyə hazırdır. Güney Azərbaycanda hazır olmalıdır. Hədəf Milli Dövlətçiliyimizdir, burda xalq özü qalxır. Hər hansı xarici dəstəkdən, ya təsirdən söz açmaq olmaz. Güneyli qardaş – bacılarımız etirazlarda tam aktivdirlər. Bir Azərbaycan şəhəri yoxdur ki, orda aksiyalar baş tutmasın. Bütün Azərbaycan şəhərlərində piketlər var. Təkcə Təbrizdə 30- a yaxın dövlət müəssəsi yandırılıb, ciddi etirazlar bütün İranı bürüyüb.”
Fərahim RƏHİMOV
Yenigundem.az