“İranın sərhəddə keçirdiyi təlimlər mesaj xarakterlidir” – AÇIQLAMAbackend

Vətən müharibəsindən sonra İranın Azərbaycanla sərhəddə təlimləri keçirilməsi müşahidə olunmaqdadır.Belə görünür ki ,hazırda həmən təlimlərin ikinci mərhələsi keçirilir .

Bunu Yeni Gundem”ə açıqlaması zamanı politoloq İlyas Hüseynov deyib.


O regiondakı ümumi vəziyyətidə şərh etdi.İrandakı daxili vəziyyətin pisləşdiyini bildirən politoloq İranın dünyaya öz gücünü hərbi təlimlər vasitəsilə çatdırdığını, bunların isə mesaj xarakterli olduğunu zənn edir.

İlyas Hüseynov İranın Zəngəzur dəhlizi ilə bağlı əleyhinə səsləndirdiyi fikirlərədə toxundu:

“İran regional proseslərə zidd yanaşmalar nümayiş etdirir. 3+3 platforması ilə ilə çox önəmli təşəbbüslər irəli sürülməsinə baxmayaraq İran Zəngəzur dəhlizinin açılması əleyhinə bir sıra açıqlamalar verib. Nəzərə almaq lazımdır ki, İran “Şimal-Cənub” Nəqliyyat dəhlizinin aktiv iştirakçısıdır. Bu baxımdan nəqliyyat dəhlizləri üzrə fəaliyyətin bərqərar olması, yeni alternativ marşurutların istifadəyə verilməsi İran iqtisadiyyatı üçün də mühüm dividentlər gətirə bilər. Çünki İran ciddi şəkildə sanskiyalar altındadır. Məhrumiyyətlər İran iqtisadiyyatını zəiflədir.

Digər tərəfdən cənub qonşumuz bütün nəqliyyat marşrutularının öz ərazisindən keçirilməsinin tərafdarıdır. Ermənistanla olan sərhədlərini qırmızı cizgi aldandırır. Bu yanlış yanaşmadır. Zəngəzur dəhlizi regional əməkdaşlığı daha da gücləndirəcək. İqtisadi dinamizimin artırılmasına xidmət edəcək. Ele regional əməkdaşlığ formatının 3+3 adlandırmasıda təsadüfi deyil. Cənubi Qafqazla yanaşı İran, Rusiya və Türkiyə burada əsas iştirakçı dövlətlərdir.

Vətən müharibəsindən sonra bu reallıqlar fakt və gerçəklikdir. Mühüm geosiyasi mərkəzlər də bunu bu cür adlandırıb. Gərginliyin artırılmasına səbəb olan adddımların atılması, hərbi təlimlərin keçirilməsi yaxşı ssenaridən xəbər vermir .”

Fərahim RƏHİMOV

Yenigundem.az