İranın xarici işlər naziri Rusiyaya səfər edib.
“Yeni Gundem” rus mətbuatına istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdolahian Moskvaya rəsmi səfər edib .
“Lavrovla görüşdə qaldırılacaq məsələlərdən biri də İranın nüvə proqramı ilə bağlı “Birgə Hərtərəfli Fəaliyyət Planı” olacaq. Rusiya Vyanada 4+1 formatında keçirilən və bir neçə ay davam edən danışıqların yeni raundunda səmərəli rol oynayıb. Rusiyalı həmkarlarımız tərəflərin danışıqlar masasına qayıtması ilə bağlı öhdəliklərini yerinə yetirməkdə davam edirlər”, – deyə İranın xarici işlər naziri bildirib.
İran Xarici İşlər Nazirliyi “Telegram” kanalında yazıb ki, Hüseyn Əmir-Abdolahyanın səfəri zamanı tərəflər ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, həmçinin regional və beynəlxalq gündəliyin bəzi məsələlərini müzakirə edəcəklər.
Fərahim Rəhimov