“İrəvan üç qütbün arasında qalıb”- Telman Qasımovbackend

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda islahatlar davam edir. Daha müasir tipli, standartlara uyğun texnika təminatının olması onu göstərir ki, Azərbaycan Ordusu uzun müddətli quruculuğ işlərini qarşısına məqsəd qoyub.

Bu sözləri “Yeni Gundem”-ə hərbi-siyasi ekspert Telman Qasımov bildirib.

O vurğulayıb ki, Azərbaycan Ordusunun keçirdiyi təlimlər , eyni zamanda Türkiyə Ordusu ilə keçirdiyi təlimlər ordumuzun döyüş qabiliyyətinin artırılmasına imkan verir. 

“Ordumuzda standartlara uyğun olan komanda heyətlərinin qurulması, hərbi hissələrin açılması ümid verir ki, Ordumuzun profsionala çevirilməsi reallaşır. Azərbaycan Ordusunun keçirdiyi təlimlər , eyni zamanda Türkiyə Ordusu ilə keçirdiyi təlimlər ordumuzun döyüş qabiliyyətinin artırılmasına imkan verir. Hal hazırda Qarsda birgə təlimlər keçirilir. Bu da düşməni narahat edir. Bildiyimiz kimi, Qars Ermənistanla sərhəddə yerləşir. Digər tərəfdən bir çox məsələlər var ki, bunlar müzakirə olunur. Azərbaycan -Ermənistan arasında siyasi proseslərin necə inkişaf etməsi, sülh müqaviləsinin imzalanması məsələsi siyasi gündəmdədir. Ermənistan yenə ikibaşlı oyun oynayır. Cənab Prezident özü də qeyd etdi ki, Azərbaycan öz qırmızı xəttini və prinsiplərini çoxdan müəyyən edib. Bu bizim daxili problemimizdir. İkinci və ondan sonrakı qüvvələrin iştirakına ehtiyac yoxdur. Ermənistan ya razılaşmalı, ya da vəziyyət gərginləşəcək. Ermənistan özbaşına deyil. İrəvan üç qütbün arasında qalıb.Tehran, Moskva və Vaşinqton. Özü də bilmir ki, kimin havasını çalıb oynasın. Bu baxımdan qarşıda bizi ağır və çətin günlər gözləyir. Bu gedişat onu göstərir ki, Ermənistanın oynadığı iki başlı oyunun bitəcəyi tarix bəlli deyil”,- deyə o qeyd edib.

Fərahim Rəhimov