“Difai” – “Çinar Zəngilan” komandaları arasında keçirilən oyunda “Difai” komandasının 5 nömrəli oyunçusu Gülalı Mehrəliyevə və 22 nömrəli futbolçusu Fərid Bədəlova hakimi təhqir etdikləri üçün Azərbaycan Futbol Federasiyasının nizam-intizam komitəsi tərəfindən 4 oyunluq cəza verilib.
Bu sözləri açıqlamasında İrəvan Futbol Klubunun Prezidenti Zahid Niyazəliyev “İrəvan” və “Difai” komandası arasında baş verən qalmaqal barədə danışarkən deyib.
“Difai” komandası ilə “İrəvan” komandası arasında baş tutan oyunda “Difai”nin məşqçisi qırmızı kart alan Gülalı Mehrəliyevi “İrəvan” klubuna qarşı futbol meydançasına buraxıb və sözügedən oyunçu 25-ci dəqiqədə qol vurub. AFFA-nın nizam-intizam komitəsi Gülalı Mehrəliyev görə “Difai” komandasına məğlubiyyət verib. “Difai” komandası gizlin olaraq əsassız sənədlərlə AFFA-nın apellyasiya komitəsini hər hansı bir yolla aldadaraq, həmin qərarı ləğv edib. Bununla da, İrəvan klubuna qarşı haqq-ədalət pozulub. Həmin hadisənin sübutları və şəkilləri də məndə var”, – deyə Z.Niyazəliyev bildirib.
O həmçinin vurğulayıb ki, “Difai” komandası həmçinin qazi adı altında maskalanaraq AFFA-ya apellyasiya şikayəti ediblər.
Qeyd edək ki, İrəvan klubunun prezidenti AFFA-nın baş katibi Sərxan Hacıyeva Apellyasiya Arbitraj Tribunalının rəhbəri Ziya Babayevə də ərizə ilə müraciət etdiyini bildirib. Əgər bu məsələyə baxılmasa digər aidiyyatı orqanlara da müraciət edəcəyini vurğulayıb.
Xatırladaq ki, sözügedən oyun fevralın 8-də keçirilib.
İrəvan FK-nın prezidentinin qeyd etdiyi şəkilləri sizlərə təqdim edirik:
Mehriban Xəlilli