İrəvanda iğtişaşlar: Partlayış səsləri eşidildi – VİDEObackend

İrəvandakı aksiya zamanı bəzi  etirazçılar xəstəxanaya yerləşdirilib.

“Yeni Gundem” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, həm aksiya iştirakçıları, həm də polis əməkdaşları tibbi yardıma müraciət ediblər.

***

Ermənistan Nazirlər Kabinetinin binası yaxınlığında baş verən qarşıdurma zamanı 34 nəfər xəsarət alıb. 

“Yeni Gundem” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Onların arasında 16 polis əməkdaşı və 18 mülki şəxs də var. Artıq 17 nəfərə tibbi yardım göstərilərək tibb məntəqələrindən buraxılıb. Xəsarət alanlardan biri əməliyyat olunub. Respublika meydanında keçirilən etiraz aksiyasında 3 iştirakçının bıçaqlı silahları aşkar edilib və onlar saxlanılıb.