“İrşad”a yazılan cərimə protokoluna bu tarixdə baxılacaqbackend

“İrşad electronics” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

“Yeni Gundem”-in xəbərinə görə, sənədə Şəmkir Rayon Məhkəməsinin hakimi Rəşad Mustafayevin sədrliyi ilə aprelin 18-də baxılacaq.

Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.1-ci (icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.