Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Turan” agentliyinə verdiyi müsahibə zamanı işlətdiyi ifadə sosial şəbəklərdə müzakirələrə səbəb olub.
Müsahibə zamanı jurnalist Kamran Mahmudov İsa Qəmbərin partiya başqanı seçilməsinin sosial şəbəkələrdə “Putin-Medvedev gedişinə” bənəzdildiyini bildirib və ondan buna münasibət bildirməsini istəyib.
İsa qəmbər isə bu sualın cavabında bildirib ki, onu kim deyirsə, qələt edir:
“Birbaşa deyirəm ki, kim onu deyirsə qələt edir”.
Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin jurnalistin sualına bu cür cavab verməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Yeniavaz.com