İşdən çıxarılan əməkdaşı “AZENCO”nu məhkəməyə verib.
İqtisadiyyat.az xəbər verir ki, şirkətin keçmiş işçisi Atabəy Hacıəliyev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.
O, müraciətində haqsız yerə işdən çıxarıldığını bildirib. A.Hacıəliyev işə bərpa olunması və işdən çıxarıldığı müddətə görə əməkhaqqı tələbi irəli sürüb.
Məhkəmə işi hakim Aynur Abdullayevanın sədrliyi ilə araşdırılacaq.
Hakim iddianı təmin edərsə, “AZENCO” keçmiş əməkdaşını işə bərpa etməyə və onun əməkhaqqını ödəməyə məcbur olacaq.
Qeyd edək ki, “AZENCO” Azərbaycanda mühəndislik şirkəti kimi tanınır.