Sübut olundu ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur.
Bu il Novruzun özü də Azərbaycan xalqı qədər sevinir.Çünki uzun illərin həsrətindən sonra ölkəmizin bütün şəhər və qəsəbələrində, kəndlərində, rayon və bölgələrində olduğu kimi, Qarabağın və Şərqi Zəngəzurun artıq hər bir guşəsində də Novruzu bu torpaqların əsl sahibləri qarşılayır. Keçən ilin oktyabrayının 15-də Xankəndidə müqəddəs bayrağımızıucaldan, noyabrın 8-də tarixi Qələbəmizin üçüncüildönümünə həsr olunmuş hərbi paradı qəbul edənÖlkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənabİlham Əliyev bu ilin 18 mart tarixində bu qədimAzərbaycan şəhərində Novruz tonqalını alovlandırdı vəxalqı bayram münasibətilə təbrik etdi.Təəssüflər olsunki, Xankəndidə, Pənahəli xanın saldığı bu Azərbaycanşəhərində erməni millətçiləri təkcə işğal dövründədeyil, ondan əvvəlki dönəmdə də ağalıq edirdilər. Səbəb də bu idi ki, cənab Prezident İlham Əliyevin özçıxışında dediyi kimi, keçən əsrin 20-ci illərininəvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi vədemoqrafik əsası olmadan burada muxtar vilayətyaradılmışdır və məhz bu ədalətsiz, absurd qərardansonra xalqımızın problemləri başlamışdır. Keçən əsrin80-ci illərinin sonlarında isə Ermənistan bizə qarşımüharibə elan edərək, separatçı qüvvələridəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlıcinayətlər törədərək müvəqqəti də olsa, o vaxt özçirkin niyyətlərini həyata keçirə bilmişdir. Buməsələdə onlara o zaman da, indi də dəstək verənbütün xarici qüvvələr də bu qanlı cinayətlərə görəməsuliyyəti onlarla bölüşürlər.
Azərbaycan öz torpaqlarını müharibə yolu ilə işğaldanazad etməklə uzun illər boyunca dünyanın bir çoxpaytaxtlarından gələn və münaqişənin hərbi yollahəllinin mümkün olmadığını iddia edən mesajlarınəsassız olduğunu sübut etdi: “30 ilə yaxın davam edəndanışıqlar heç bir nəticə vermədi. Azərbaycan özərazilərinin sülh yolu ilə işğaldan azad edilməsinə nailola bilmədi.Bunun əvəzində isə, cənab Prezident İlhamƏliyevin dediyi kimi, işğal dövründə dəfələrlə bir çoxpaytaxtlardan siqnallar göndərilirdi ki, bu münaqişəninhərbi həlli yoxdur.Lakin Azərbaycan öz Prezidentininiradəsi,xalqın birliyi və ordusunun rəşadəti ilə sübutetdi ki, istənilən münaqişənin hərbi həlli var.Əgərişğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisiniişğal altında saxlayırsa və o torpaqlardan öz xoşu iləçıxmaq istəmirsə, yeganə yol da məhz elə hərbi yoldur. Lakin Ermənistan II Qarabağ Müharibəsininnəticələrindən dərs almadı.Buna görə də Azərbaycanaltı ay bundan əvvəl yenidən öz gücünü göstərməkməcburiyyətində qaldı və uğurla keçirdiyi antiterrorəməliyyatı nəticəsində ərazi bütövlüyünü vəsuverenliyini bərpa etdi.
Emin Hüseynov,
Nəsimi rayon sakini