“Real”ın futbolçusu İskonun La Liqanın 1-ci turundan təxirə salınan “Xetafe” ilə oyun (2:0) zamanı etdiyi hərəkət tənqid olunub.
“Yeni Gündəm” xəbər verir ki, komandanın baş məşqçisi Zinəddin Zidan start heyətdə şans vermədiyi ispan yarımümdafiəçini ikinci hissədə isinmə hərəkətləri etməyə göndərib. Ancaq futbolçu məşqlərə başlamazdan əvvəl saçlarını düzəltmək qərarına gəlib. Bu hərəkət isə 80 saniyə çəkib.
Onun bu addımı azarkeşlərin tənqidinə səbəb olub.
Qeyd edək ki, İsko 76-cı dəqiqədə meydana daxil olub.Qol.az