Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun pakistanlı həmkarı ilə təkbətək və geniş tərkibli görüşü olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, XİN rəhbəri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində
Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla görüşdə müxtəlif mövzular ətrafında geniş müzakirələr aparıb.
Tərəflər Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində hədəfləri bölüşüblər.
“Görüşlərdə regional və qlobal səviyyədə hər iki ölkənin mövqelərini daha da möhkəmləndirən çoxtərəfli əməkdaşlıq gündəmdə əsas yer tutub”, – XİN-dən bildirilib.