İsmayıllı rayonunda fəaliyyət göstərən “Günəşli İnşaat” vergidən belə yayınır – FAKTbackend
“Azərbaycan Reallığı”na müraciət edən vətəndaş İntiqam Xankişiyev bildirir ki, 18 yanvar tarixində İsmayıllı rayonunun girişində fəaliyyət göstərən “Günəşli İnşaat” tikinti materialları mağazasından dəyəri 6.80 AZN olan tikinti aksesuarı alıb ödənişin post terminala etmək istədikdə isə dükanda posterminal olmadığını, ödənişi kartdan-karta edilməsini məsləhət görüblər.

Müştəri bunun qanun pozuntusu və vergidən yayınma olduğunu diqqətlərinə çatdıranda “narahat olmayın bizdə belədir” deyə cavabın alıb. Məsələ ilə bağlı sözügedən inşaaat materialları mağazasının sahibi Daşqın Məlikovla əlaqə saxladıq. Onun bizə bir cavabı oldu: mən Qarabağ qazisiyəm- deyib telfonu söndürdü daha sonra əlaqə saxlamağa cəht etsək də zənglərimizə cavab vermədi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq