İsrail prezidenti Ceyhun Bayramovu qəbul etdibackend

Bu gün İsrail Prezidenti İshak Hersoq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə İsrail Prezidenti Ofisinin tviter hesabında məlumat verilib.

İsrail prezidenti ölkəsində Azərbaycan səfirliyinin açılması və ilk səfirin təyin olunması münasibətilə C.Bayramovu təbrik edib.