Müğənni Şəbnəm Tovuzlu xarici ölkədə iştirak etdiyi tədbirə görə son günlər tənqid olunur.
“Yeni Gundem” xəbər verir ki, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 80 hərbçimizin şəhid olmasını səbəb göstərərək, onun İsraildə tədbirə qatılmasına etiraz olunub. Xaricdə yaşayan azərbaycanlılar ifaçıdan şəhidlərimizə hörmət etməsini istəyiblər.
Qeyd edək ki, Şəbnəm Tovuzlu İsraildədir və dünən orada konsert verib.Lent.az