İsveçli səyyahlar Füzuli və Xocavəndə səfər ediblərbackend

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Xocavənd və Füzuli rayonuna səfəri başlayıb.

Səfər iştirakçıları əvvəlcə Füzuli rayonunda Vətən müharibəsindən sonra inşa olunan və hazırda istifadə oluna Füzuli Beynəlxalq Hava Limanında olub. Daha sonra ermənilərin xarabalığa çevirdiyi yaşayış məntəqələrini öz gözləri ilə gördükdən sonra yeni inşa olunan Füzulinin şəhər kompleksi ilə tanış olublar.

Qonaqların Füzulidən sonra Xocavəndə səfəri başlayıb.

İsveçli beynəlxalq səyahətçilər Xocavənd rayon ərazisində yerləşən və dünyanın ən qədim 3 yaşayış məntəqəsindən biri olan Azıx mağarasını ziyarət ediblər./APA