“İki gündür itin dişləyib parçaladığı əlimlə ora-bura ərzaq paylayıram”.
“Yeni Gündəm” xəbər verir ki, bu sözləri karantin günlərində işləyə bilməyən və bu səbəbdən pulsuz qalan ailələrə yardım edən Kamil Zeynallı yazıb.
Xeyriyyə əməlləri ilə insanların rəğbətini qazanan idmançı əlinə tikiş qoydurub. Sosial şəbəkədə “əməliyyat” görüntüsünü paylaşan Kamil “Bu gün vaxt edib əlimə tikiş qoydurdum. Allaha and olsun iki gündür əlim ağrıya-ağrıya qapı-qapı ərzaqlar paylayıram. Bu gün doktor görüb dedi ki, “Sən dəlisən?! Əlin çirk edib “qanqren” edə bilərdi. Niyə gəlmirsən tikək?” Dedim əsas ərzaq paylamaqdır, insanlar acından ölməsin “.
Qeyd edək ki, idmançı yardımları yalnız öz pulları ilə deyil, dost-tanışın maddi dəstəyilə, komanda şəklində etdiklərini açıqlayıb.
Həmin görüntüləri təqdim edirik: