“İticket.az”ın sisteminin çökməsinin ŞOK detalıbackend

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” (Plzen) oyunun biletləri dünən saat 11.00-dan “iticket.az” saytında satışa çıxarıldı.

Lakin portalın fəaliyyətində problem yaşandığı üçün satış prosesi bir müddətlik dayandırıldı. Bu məsələ ictimaiyyətdə böyük səs-küyə səbəb oldu. Bir çoxları saytın əməkdaşlarının qəsdən satışı dayandırdığını, bəziləri 5 manatlıq biletlərin qara bazara ötürüldüyünü iddia etdi.

Görəsən, deyilənlər nə qədər həqiqəti əks etdirir? “İticket.az”ın sistemində problem çıxmasının səbəbi nə olub? Məsələni aydınlaşdırmaq üçün şirkətin direktoru Kamran Abasovla əlaqə saxladıq:

“Qarabağ” – “Viktoriya” (Plzen) görüşünün biletləri dünən saat 11.00-da satışa çıxmalı idi. Dediyimiz zamanda da proses başladı. Lakin həmin saatdan etibarən saytımıza daxil olan istifadəçilərin çox olub. Müraciətin sayı fantastikdi. Saat 11.00-dan etibarən saytımıza 1,4 milyondan çox müraciət daxil olub. Bu, “Google Analytics” sistemində də öz əksini tapıb. Gəlin, 1 şəxsin 5 dəfə müraciət etdiyini düşünək. Bu zaman aydın olur ki, həmin anda 300 yüz minə yaxın insanın sayta daxil olub. Problem məhz bundan qaynaqlanıb. Bu qədər marağın olacağını biz də gözləmirdik. Məhz bu səbəbdən də sistem çökdü. Texniki departamentimiz 4-5 saat ərzində bu problemi aradan qaldırdı. İndi sistem işləyir və satış davam edir”.

 

"İticket.az"ın sisteminin çökməsinin ŞOK detalı

Qeyd edək ki, “İticket.az” şirkətinin direktoru Kamran Abasov və texniki direktor Elnur Axundovun geniş müsahibəsini sabah “Futbol+” qəzetində oxuya bilərsiz.