Jurnalist Cəmil Məmmədlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
“Yeni Gundem”-in əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası mayın 29-na təyin edilib.
Şikayət hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə araşdırılacaq.
Qeyd: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Məmmədli 6 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırlatma: C.Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.