Azərbaycan Premyer Liqasının 14-cü turunda hazırda davam edən “Səbail” – “Neftçi” oyunu öncəsi komandalar flaşmob ediblər.
“Yeni Gündəm” xəbər verir ki AFFA və Peşəkar Futbol Liqasının təşəbbüsü ilə hər iki komanda meydana daxil olan kimi 44 günlük Vətən müharibəsində iştirak edən görüşün baş hakimi Kamal Umudlu üçün düzülüblər. Referi məhz bu “qələbə dəhlizi”dən keçib.
Daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Foto: Report.az