Kamboca Kralı Azərbaycan dövlət başçısına təbrik ünvanladıbackend

Kamboca Kralı Norodom Sihamoni Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Yeni Gundem” xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, dost Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Səmimi-qəlbdən inanıram ki, Kamboca ilə Azərbaycan arasında əlaqələr qarşılıqlı maraq doğuran məsələlərdə, xüsusilə də dünyada sülh və təhlükəsizliyin təmin edilməsində daha da möhkəmlənəcək və inkişaf edəcəkdir”.