«Neftçi»də növbəti təyinat rəsmiyyət qazanıb.,
Müşahidə Şurasının sədri Rövşən Nəcəf özünə yeni müşavir təyin edib.
Bu şəxs Kamil Məmmədovdur.
Tanınmış menecer sədrin idman məsələləri üzrə məsul nümayəndəsi olub. O, sırf əsas komanda ilə bağlı işlərin cavabdehliyinə üstlənib.
K.Məmmədov öncələr də «Neftçi» ilə əlaqəli çalışıb. 2017-2018-ci illərdə. De-yure olmasa da.
Həmin vaxt prezident Orxan Hüseynzadəyə bir çox məsələlərdə kömək edib. Nəticədə komanda Premyer Liqanın bürünc medallarını qazanıb.Sportinfo.az