Kamilə Babayevanın aparıcısı olduğu “Görüş yeri” verilişinin yayımı dayandırılıb.
“Yeni Gündəm” xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, AzTV-də yayımlanan layihənin hansı səbəbdən bağlandığı bəlli deyil. Aparıcının yeni mövsümdən başqa proqramla kamera qarşısına keçəcəyi bildirilir.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı Axşam.az-a təsdiqləyib.