Kamola Mahmudova vəfat etdibackend

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakı ofisinin keçmiş rəhbəri, özbək əsilli Kamola Mahmudova vəfat edib.

“Yeni Gundem” report-a istinadən xəbər verir ki, o, uzun sürən xərçəng xəstəliyindən sonra 48 yaşında Böyük Britaniyanın paytaxtı Londonda dünyasını dəyişib.

Xatırladaq ki, K.Mahmudova 1976-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə anadan olub. O, bir sıra təhsil, sosial və xeyriyyə layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olub.

K.Mahmudovanın dəfn mərasimi bu gün elə Londonda keçiriləcək.