Karantin günlərində evində fotosessiya etdirdibackend

Almaniyada yaşayan həmyerlimiz müğənni Seyran İsmayılxanov obyektiv qarşısına keçib.

“Yeni Gündəm” xəbər verir ki, karantin günlərində evdən çıxmayan sənətçi çarəni məkan kimi evini seçməkdə görüb.
Seyran evində fotosessiya etdirib.
Pop ifaçı obrazı üzərində özü çalışıb. Onun şəkillərinin müəllifi isə fotoqraf Armin Zedlerdir (www.armin-zedler.de).
Qeyd edək ki, Armin əfsanəvi “Modern Talking” qrupunun üzvü Tomas Anderson, Cascada, Anastacia kimi müğənnilərlə işləyib.