Karasin: Səs verməyə gələn insanlar parlaq gələcəklərinə inanırlarbackend

“Səs verməyə gələn insanların sayına və nikbin simalarına əsasən demək olar ki, onlar ki, öz parlaq gələcəklərinə səs verdiklərinə inanırlar”.

Bunu Azərbaycandakı növbədənkənar prezident seçkilərini müşahidə edən Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.

“Onlar namizədlərə güvənir, ən güclüsünü seçirlər. Bu, dövlətin bütün strukturlarının düzgün istiqamətdə, suverenliyə və müasir dövlətə doğru getməsi üçün mümkün olan hər şeyi etmək niyyətində cəmiyyətin birliyinin çox gözəl nümunəsidir. Çoxlu gəncləri görürük, veteranlar da var, hamısı həmrəydir. Seçki günü seçicilərin qəlbini nikbinliklə doldurur. Bu, təkcə seçki bülletenində öz mövqeyini müəyyən etmək deyil, hər bir ailənin, hər bir insanın gələcəyi ilə bağlıdır. İnsanlar sabitliyə, sosial və iqtisadi inkişafa səs verirlər. Azərbaycan seçkilərə hazırlaşırdı, bilirik ki, 7 namizəd irəli sürülüb və ən güclüsü qalib gələcək. Amma ən əsası odur ki, bu gün seçicilər Azərbaycanın dinamik inkişaf edən dövlətə, bütün regionun siyasi və iqtisadi fəallığının mərkəzinə çevriləcəyinə ümidlə doludurlar”, – o deyib.

APA