Karateçilərimiz Avstriyada qızıl və bürünc medal qazandılar – Fotolarbackend

Azərbaycanın əsas milli karate komandasının üzvlərindən Asiman Qurbanlı (+84 kq) və Ayxan Mamayev (-84 kq) Avstriyanın Zalsburq şəhərində mötəbər Seriya A turnirində müxtəlif medallara sahib olublar.

“Yenigundem” xəbər verir ki, A.Qurbanlı yarışın qalibi, A.Mamayev isə bürünc mükafatçı olub.

Bürünc medal uğrunda həlledici görüşə qatılan Firdovsi Fərzəliyev (-60 kq) isə son saniyələrdə rəqibin mübahisəli zərbəsi ilə hesabda üstünlüyü əldən verib.

1-3 mart tarixlərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından Seriya A turnirinin bu mövsüm ilk mərhələsində rekord sayda, 99 ölkədən 2057 karateçi iştirak edib. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən xüsusi referilər qrupuna daxil edilib.

Milli komandamızı martın son günləri İspaniyada Avropa çempionatı gözləyir.