“Bank Respublika” ilə bağlı məhkəməyə növbəti müraciət qeydə alınıb.
“Yeni Gundem” xəbər verir ki, bankla bağlı iddianı “Karayev City” MTK qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir.
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 2 oktyabr tarixində hakim Fuad Babayevin sədrliyi ilə işə baxılacaq.