KATV1-in sahibi kimi tanınan şirkətlə bağlı məhkəmə qərarı açıqlandıbackend

Yasamal Rayon Məhkəməsində KATV1 kabel televiziyası operatorunun sahibi kimi tanınan “AG Telecom” MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, inzibati tənbeh tətbiq edilib, yəni şirkətə cərimə kəsilib.

Qeyd: “AG Telecom” MMC-nin barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Xatırlatma: “AG Telecom” şirkəti 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Samir Qurbanovdur.