Keçmiş işçiləri “Araz Supermarket”i məhkəməyə verdilər – Əmək haqqı tələbibackend

“Araz Supermarket” MMC məhkəməyə verilib.

“Yeni Gundem”-in xəbərinə görə, mağazalar şəbəkəsi ilə bağlı Ali Məhkəməyə müraciəti vətəndaşlar Bədəlov Həsən (ad şərti) Əbülfəz oğlu və Əhmədov Nazim (ad şərti) Məhəmməd oğlu ediblər.

Mahiyyəti işə bərpa, əmək haqqı tələbi üzrə mübahisələr olan işlər hakim Vüqar Həsənovun icraatındadır. Proses ayrı-ayrılıqda keçiriləcək.

Vətəndaş Məmmədov Cavad (ad şərti) Ələddin oğlu da məhkəməyə müraciət edib.

O da əmək əmək haqqı tələb edir. İş Nəsimi Rayon Məhkəməsinin hakimi Vüsalə Musayevanın icraatındadır.

Qeyd edək ki,  “Araz Supermarket” MMC-nin qanuni təmsilçisi Rəşad Arif Oğlu İbrahimovdur. Şirkət “Veysəloğlu Qrup” MMC-yə daxildir. Qrupun qanuni təmsilçisi Aydın Veysəloğlu Talıbovdur.