Keçmiş işçisi “Nərimanov Tibb Mərkəzi”ni məhkəməyə verdibackend
Nərimanov rayonu üzrə tibb müəssisələrini özündə birləşdirən “Nərimanov Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi məhkəməyə verilib.
“Yeni Gundem”-in məlumatına görə, mərkəzlə bağlı məhkəməyə Yusubov Əli Aslan oğlu müraciət edib.
Əli Yusubov mərkəz rəhbərliyindən yenidən işə bərpa olunmasını və əmək haqqını tələb edir. 
İşə hakim Mehriban Əfəndizadənin sədrliyi ilə baxılacaq.Qaynarinfo