Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayev vəfat edib.
“Yeni Gundem” qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Onun 88 yaşında uzunsürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, general-mayor D.Rzayev 20 fevral 1993-cü ildən həmin ilin 17 iyununadək müdafiə naziri vəzifəsində çalışıb.