Keçmiş qayınatasını bıçaqladıbackend

İyunun 8-də 16 radələrində Biləsuvar rayonu Nəsimi kəndində 1966-cı il təvəllüdlü kənd sakini Azad Xeyrulla oğlu Almazova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan verilən “Yeni Gundem” -ə məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, A.A-nın keçmiş kürəkəni 1991-ci il təvəllüdlü Elşən Bəhlul oğlu Şəbiyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.