“Keçmişini mən bilirəm. Bu maşın, bu ev hardandır?” – Efirdə həmkarını rüsvay etdi – FOTObackend

“Çox insanlar keçmişini unudur”.

“Yeni Gündəm” xəbər verir ki, bunu “7 canlı” verilişində müğənni Sahib İbrahimov deyib.

Müğənni bildirib ki, istər sənətdə, istərsə də adi həyatda keçmişini unudanlar çoxdur:

“Keçmişimizi tez unuduruq. 10-15 il bundan qabaqkı halımızı, aqibətimizi yaman tez unduruq. Yaxşılıq edən insanları, sənə dayaq olan insanları unuduruq. Elə bil ki, o, göydən “tıp” elədi yerə düşdü, maşınlı, evli-eşikli belə bir adam oldu. Axı sən 10, 15, 20 il bundan öncə belə deyildin. Səni o yerə gətirən insanlar ki, var, sən o insanları bu gün çox tez unudursan”.