İyunun 17-si gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə “Yeni Gündəm”-ə Müdafiə Nazirliyindən məlumat verilib.
“Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, – məlumatda qeyd edilib.