İqlim dəyişikliyinə səbəb olan əsas amil qalıq yanacaqlarla bağlıdır. Bu, ciddi problemdir.
Bunu “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” təşkilatlarının icraçı direktoru Kelli Uillis deyib.
O bildirib ki, iqlim dəyişikliklərinin qarşısının alınması üçün külək və günəş enerjisindən istifadə edilməlidir: “Əks halda, daha ciddi çətinliklər görəcəyik”.
K.Uillis, həmçinin qeyd edib ki, iqlim dəyişikliyindən əziyyət çəkənlərin çoxu Afrika və bəzi Asiya ölkələrində yaşayırlar: “Əlbəttə, bu, bizi narahat edir. Sözsüz, bu, həm də yerli iqlimlə bağlıdır”.
Report